Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarların nəzərinə

Azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarların nəzərinə

Tarix: 14 Dekabr 2020 12:04

Bakı. Ceyhun Ələkbərov - Trend:

İşğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edə bilərlər.

Bu barədə Trend-ə KOBİA-dan bildiriblər. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcəkdir.

İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar müvafiq formanı (https://bit.ly/37dIt12) doldurmaqla KOBİA-ya ([email protected]) təqdim etməlidirlər. Əlavə məlumat üçün: (+994) 50 551 52 53 və (+994) 55 500 12 30, Ayaz Ədilov.


Etiketlər:  Azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarların nəzərinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ