Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 12:36
Bakı. Samir Əli - Trend:
İlin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 10 növ elektron arayış xidməti istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov deyib.
O, bildirib ki, bununla da elektron arayışların sayı 30-a çatdırılacaq: "Bundan sonra da lazımi sənədlərin əldə edilməsinin bütünlükdə elektronlaşdırılmasına çalışacağıq. Vətəndaşlarımız heç yerə müraciət etmədən onlayn şəkildə arayışları əldə edə biləcəklər".