Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Prokurorluq ''YAŞAT'' Fonduna 500 min manat köçürüb

Baş Prokurorluq ''YAŞAT'' Fonduna 500 min manat köçürüb

Tarix: 14 Dekabr 2020 13:02

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış "YAŞAT" Fonduna 500 min manat məbləğində vəsait köçürüb.

Bu barədə Sonxeber.net-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin "YAŞAT" Fonduna ianə verilməsi qərarına gəliblər.


Etiketlər:  Baş Prokurorluq YAŞAT Fonduna manat köçürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ