Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 14:54
Bakı. Trend:
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, çay evini icarə əsasında işlədən Fərid Nəbizadə Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.