Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 12:32
"Keşlə" növbəti transferini gerçəkləşdirib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Bojoviçi heyətinə qatıb. Monteneqrolu müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı Bojoviç Monteneqronun “Rudar”, Belçikanın “Sportinq Şarleroi” və “Vasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Dirmot komandalarında çıxış edib. Onun son klubu "Uypeşt" olub.
Xatırladaq ki, "Keşlə" buna qədər Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov, İlkin Qırtımov, Stanislav Namaşko və Emin Mehdiyevi transfer edib.