Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 12:36
PSJ Neymarın qiymətini aşağı sala bilər.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, belə ki, Paris klubu yolları ayırmağa hazırlaşdığı 27 yaşlı hücumçu üçün hələ rəsmi təklif almayıb. Əgər transfer pəncərəsinin son həftəsinə kimi braziliyalı oyunçunu almaq istəyən klub olmasa, PSJ Neymarın qiymətini 222 milyondan 150 milyon avroya salacaq.
Bildirilib ki, hazırda oyunçu ilə maraqlanan yeganə klub "Barselona"dır.
Qeyd edək ki, Neymar PSJ-nin məşqlərinə qatılmır. Onun Kataloniya təmsilçisi qayıtmaq istədiyi vurğulanır.