Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 20:46
İsrailin Baş Naziri Binyamin Netanyahu koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün dekabrın 18-dək özünütəcrid rejimində olacaq.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat katibi Anna Yonatan-Leus bildirib. Onun sözlərinə görə, Netanyahu iki dəfə test verib və nəticələr neqativ çıxsa da, özünütəcrid rejimində olacaq.
Qeyd edək ki, bu, Netanyahunun artıq üçüncü özünütəcrid rejimidir.