Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 05:28
Bakı. Trend:
"Google" axtarış sistemi və poçt xidmətinin işində bir neçə ölkədə problemlər müşahidə edilir.
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.
Məlumata əsasən, nasazlıqlar daha çox ABŞ, Avstraliya, İspaniya, Böyük Britaniya, Danimarka, Almaniya, Niderland və Macarıstanda qeydə alınıb.
Bildirilir ki, "Google" axtarış sisteminin istifadəçilərinin təxminən 68 faizi hesaba daxil olan zaman, 31 faizi isə axtarış sistemində problemlərlə qarşılaşıblar. "Gmail" poçt xidmətinin təxminən 67 faiz istifadəçisi yeni məkrubların alınmasında, 38 faizi hesaba daxil olanda, 4 faizi isə poçt xidmətinin saytında problemlərlə qarşılaşıblar.