Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 09:00
Bakı. Trend:
Energetika Nazirliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi ərazi bütövlüyümüzün müdafiəsi uğrunda yaralanan hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə dəstək məqsədilə "YAŞAT" Fonduna ianə edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Energetika Nazirliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları əmək haqlarından "YAŞAT" Fonduna 300 019,02 manat pul vəsaiti köçürüb.