Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Populyar brauzerlərdə təhlükəli boşluq aşkarlanıb

Populyar brauzerlərdə təhlükəli boşluq aşkarlanıb

Tarix: 17 Dekabr 2020 08:16

"Windows" əməliyyat sisteminin idarəetməsi ilə işləyən populyar "Google Chrome", "Microsoft Edge", "Mozilla Firefox" və "Yandex Browser" brauzerlərində təhlükəli boşluq aşkarlanıb. "Microsoft" şirkətinin məlumatına görə, hakerlər bu proqramların daxilinə zərərli proqram təminatı quraşdırmağı öyrəniblər.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin hesablamasına görə, maydan naməlum kibercinayətkarlar tərəfindən məlumatların oğurlanması və istifadəçilərdən gəlir əldə etmək məqsədilə brauzerlər üçün "Adrozek" adlı modifikatorlardan istifadə olunur. Onlar adətən axtarış nəticəsinin göstərildiyi səhifələrə əlavə reklam yerləşdirmək üçün tətbiq edilir.   
 
Bunun üçün zərərli proqram brauzerlərin təhlükəsizlik sistemini dəf etməlidir. Nəticədə istifadəçilər adətən axtarış sistemi tərəfindən göstərilən reklam əvəzinə, haker reklamlarını görürlər.
 
Məlumata görə, istifadəçilərin reklam tərəfdaş proqramlarında iştirak etməsi ilə əlaqədar onların bu reklamlara daxil olması nəticəsində hakerlər gəlir əldə edirlər. "Firefox" brauzerində "Adrozek" modifikatoru proqramı qeydiyyat məlumatları axtarışında skan edir və aşkarladığı halda onları oğurlayır.
 
Tədqiqatçılar qeyd edib ki, kampaniyanın miqyası istifadəçilərə edilən əvvəlki oxşar hücumlardan daha genişdir. May-sentyabr aylarında mütəxəssislər tərəfindən 100 minlərlə "Adrozek" yoluxma faktı qeydə alınıb. Təhlükəli proqram təminatı daha çox Avropa, Cənubi və Cənub-Şərqi Asiya istifadəçilərinin kompüterlərində aşkarlanıb.


Etiketlər:  Populyar brauzerlərdə təhlükəli boşluq aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ