Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində avtobus daşların altında qaldı - 8 ölü

Çində avtobus daşların altında qaldı - 8 ölü

Tarix: 11 Iyul 2019 18:52

Bakı. Trend:

Çinin cənub-qərbindəki Sıçuan əyalətində hərəkətdə olan avtobusun üzərinə iri daşlar tökülüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 8 nəfər həlak olub, daha 16 nəfər xəsarət alıb.

Hadisə zamanı avtobusda 30 nəfər olub. Qəza yerinə xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib.

Dağıntılar altından bütün sərnişinlərin çıxarıldığı deyilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çində avtobus daşların altında qaldı ölü


RƏYLƏR