Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Buzlu şüşə'' yalnız koronavirusun əlamətidir? - Həkim AÇIQLADI

''Buzlu şüşə'' yalnız koronavirusun əlamətidir? - Həkim AÇIQLADI

Tarix: 17 Dekabr 2020 16:48

Hazırkı vəziyyətdə "buzlu şüşə" mənzərəsi istənilən xəstəlikdə müşahidə edilə bilər.

Bunu Milli.Az-a açıqlamasında radioloq Elşən Rəhimov deyib.

Həkim bildirib ki, "buzlu şüşə"nin ağciyərdə tutum faizi 25-30%-dən yuxarıdırsa, risk daşıyır:

"Günümüzün əsas mövzusu koronavirus olduğuna görə, koronavirus əsasən pnevmaniyanın "buzlu şüşə" mənzərəsi fonunda yaranır. "Buzlu şüşə" ağciyərin hər hansı bir virusa qarşı reaksiyasıdır. Koronavirus aktiv virus pnevmaniyası səbəbindən buzlu şüşə fonunda yaranır.

Olur ki, xəstə şikayətlə gəlir, görürük ki, vərəm xəstəsidir və ciyərində "buzlu şüşə" mənzərəsi var. Bilirik ki, o vərəmdir. Amma sırf "buzlu şüşə" mənzərəsi görüntüsü var ki, o görüntünü gördüyümüz zaman biz artıq onu viruslu pnevmaniya yazırıq.

Ən çox da "buzlu şüşə"nin ağciyəri tutum faizi söhbəti var. Bu tutum faizinə görə də xəstəliyi fərqli keçirə bilərlər. Artıq 25-30%-dən yuxarı risk daşıyır ki, artıq, o, xəstəxana şəraitində müalicə edilməlidir.

Bu məsələdə, həmçinin də ikincili gedən bir xəstəliyi olanlar risk qrupuna aiddirlər. Olur ki, "buzlu şüşə" ağciyərdə 15-20%-dir, amma şəkərli diabetdir, ürək xəstəliyi var, yüksək çəkisi var - bunlar artıq risk faktoru daşıyır. Yəni, koronavirusun verdiyi virus pnevmaniyası ikincili xəstəliyi olan insanda daha risklidir. Bu məsələdə yaş qrupu da önəmlidir, ikincili xəstəliyi olan insanlarda virus pnevmaniyası daha çox 50 yaşdan yuxarı insanlar üçün risk əhəmiyyəti daşıyır. Necə ki, karantin müddətində deyirdik ki, 60-65 yaşdan yuxarı insanların çölə çıxması həyatlarını riskə atmaqdır. Yəni, 50 yaşdan sonra orqanizmin immun sistemi o səviyyədə olmadığına görə yaş qrupu da risk faktoru daşıyır. Amma əsas, ən çox özündə risk faktoru daşıyanlar ikinci bir xəstəliyi olanlardır.

Artıq çəki, şəkərli diabet, hipertoniya (yüksək təzyiq), ürək xəstəlikləri olanlar risk faktoru daşıyırlar. Qan xəstəlikləri olan insan da risk qrupuna daxildir. Çünki pnevmaniya ağciyərdə artdıqdan sonra onun toksinləri qana keçir və bu zaman qanın laxtalanma sisteminə təsir göstərir. Pnevmoniyaya hər yaş qrupunda da rast gəlinir - uşaqda da, orta yaşlıda da, yaşlıda da, ahılda da".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Buzlu şüşə yalnız koronavirusun əlamətidir Həkim AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ