Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 16:54
Türkiyənin "Kayserispor" klubu qış fasiləsi yaranmamış bir futbolçusu ilə yollarını ayırıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Hasan Hüseyin Acarla vidalaşmaq qərarına gəlib. Maraqlıdır ki, dünən 26 yaşı tamam olan yarımmüdafiəçi ilə məhz doğum günündə müqaviləyə xitam verilib. O, 2018-ci ildən "Kayserispor"da çıxış edirdi.
Qeyd edək ki, Hasan Hüseyin Acar bu ilin mayında Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını, lakin Türkiyə yığmasında çıxış etmək arzusuna görə, bundan imtina etdiyini açıqlamışdı.