Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 20:50
Bakı. Trend:
Bakıda keçirilən Dűnya İrs Komitəsinin 43-cű sessiyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Mali Respublikasının dűnya şöhrətli caz ifaçısının konserti keçirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, 6 iyul tarixində reallaşan konsert proqramında tanınmış ifaçı Ceik Tidiane
Seck Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Azərbaycanlı həmkarı, Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu birlikdə çıxış etdi.
Konsertdən əvvəl çıxış edən Malinin Azərbaycandakı səfiri Tiefinq Konate diqqətə çatdırdı ki, konsert Azərbaycanın UNESCO üzrə daimi nümayəndəliyi ilə Mali Respublikası arasında əməkdaşlıq çərçivəsində reallaşır.
Konsertdə iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayevi salamlayan səfir bildirdi ki, Mali nümayəndə heyəti Bakıda, özəlliklə də Muğam Mərkəzində olmaqdan çox məmnundur. Çox qürur duyuram ki, caza həsr olunmuş konsertin açılışı Azərbaycanın mədəni irsini təbliğ edən belə bir məkanda reallaşır. Caz musiqisinin xalqları birləşdirdiyini vurğulayan səfir UNESCO-nun Azərbaycanda keçirlən sessiyalara Malinin öz musiqiçiləri ilə.qatıldğını diqqətə çatdırdı.
Daha sonra konsert təqdim edildi.
Xalq artisti Salman Qəmbərovun Bakustik caz qrupu ilə eyni səhnəni bölüşən musiqiçilər həzin caz notlarından başlayaraq daha yüksək templərlə proqramı davam etdirdilər.
Mədəniyyətlərarası dialoqa xidmət edən konsert eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin beynəlxalq əlaqələri, həmçinin musiqinin müxtəlif istiqamətlərində fəaliyyətini əks etdirirdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin