Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 19:56
Hakerlər ABŞ Maliyyə Nazirliyi və Milli Telekommunikasiya və İnformasiya İdarəsinin sisteminə kiber hücum edərək, məlumat oğurlayıblar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hücumun arxasında xarici hökumətin dəstəklədiyi haker qrupu dayanır. Lakin kiber hücum törədən hakerlərin hansı ölkə tərəfindən dəstək alması barədə informasiya verilmir.
Bəzi məlumatlarda bildirilir ki, haker hücumuna görə Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.