Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2019 00:04
"Səbail"in futbolçusu Ağabala Ramazanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində evdə "Universitetya Karayova"ya 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavanlandırıb. Qol.az-ın məlumatına görə, komandasının hər iki qolunun müəllifi olan 26 yaşlı hücumçu əvvəlcə oyun haqda danışıb.
- Vurduğum qollara görə sevinirəm. Hesaba gəldikdə isə sizin kimi mən də üzülürəm. Çünki evdə 3 top buraxmaq bizi məyus edir. Bilirik ki, səfərdə bu cür rəqiblə çox çətin olacaq. Amma cavab oyununa daha ciddi hazırlaşacağıq.
- Fikirləşmirsən ki, hamı sənin kimi mübarizə aparsaydı, hesab başqa cür olardı? Bu görüşdə mübarizə aparmayan oyunçular var idi. Qorxudan idi, istəksizlikdən, ya rəqibdən idi?
- Bu, məşqçiyə aiddir. Mənim xarakterimi bilirsiniz. Çalışıram ki, hər qarşılaşmada mübarizə aparım.
- Bu məğlubiyyətdən sonra şanslar hansı səviyyədədir? Mərhələni keçmək real görünürmü?
- Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdür. Büdcə tərəfdən belə baxsaq, görərik ki, bizdən 5-6 qat üstündürlər. Çalışacağıq ki, ən azından yaxşı mübarizə aparaq, nəticə qazanaq.