Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 11:34
Düşmənin atəş nöqtəsini susdurmaq üçün canından keçib...
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Ağstafanın Kolxəlfəli kəndindən olan kiçik çavuş Elşən Piriyev müharibənin ilk günündən döyüşlərə qatılıb.
Uzun müddət Qazaxda düşmənlə üzbəüz xidmət aparan Elşən döyüşlər başlamazdan əvvəl ailəsi ilə görüşə gəlib. Sanki şəhid olacağını hiss edirmiş kimi ailəsini atasına əmanət edərək döyüşə yollanıb.
Elşən hər zaman düşmənə nifrəti, torpağa və bayrağa sevgisi ilə seçilib. Hərbçi olmağına səbəb də məhz bu hisslər olub. Elşən müxtəlif istiqamətlərdəki döyüşlərdə iştirak edib.
Oktyabrın 1-də düşmən Murovdağ istiqamətindəki mövqelərimizi güclü atəşə tutub. Həmin vaxt Elşən düşmən qüvvələrini susdurmaq üçün fədakarcasına irəli atılıb və döyüşdə şəhid olub.
Şəhidimizin Həsən və Zeynəb adlı iki övladı əmanət qalıb. Balaca Zeynəb atasının şəkilini yerə qoymur. Həsən isə atasının ona verdiyi sözü yerinə yetirmək üçün evə gələcəyini gözləyir.
Şəhid Elşən Piriyev Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir: