Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apteklərdə C vitamini niyə tapılmır? - VİDEO

Apteklərdə C vitamini niyə tapılmır? -  VİDEO

Tarix: 18 Dekabr 2020 12:34

Vətəndaşlar Vitamin C-yə ən çox tələbatın olduğu bu günlərdə həmin preparatı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Onlar müraciət etdikləri apteklərin çoxundan əliboş qayıdırlar.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, C vitamini tərkibli preparatlardan yalnız koronaviruslu xəstələr deyil, immuniteti zəif olan hər kəs istifadə etdiyindən tələbat da çox böyükdür.

Bunu fürsət bilən bəzi işbazlar da preparatın qiymətini artırırlar.

Məsələni araşdırmaq üçün paytaxt ərazisində fəaliyyət göstərən apteklərə üz tutduq. Daxil olduğumuz 6 aptekdən yalnız birində Vitamin C-ni tapa bildik. Satıcılar bu preparata tələbatın çox olduğunu və bu səbəbdən tapılmadığını deyirlər.

Əczaçılar deyirlər ki, qiymət vitaminin keyfiyyətindən asılı olaraq dəyişir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, apteklərin dərman təminatı onların səlahiyyətində deyil. Depolarla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Etiketlər:  Apteklərdə vitamini niyə tapılmır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ