Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölmək hüququ: İspaniya konqresi evtanaziya haqqında qanunu təsdiqləyib

Ölmək hüququ: İspaniya konqresi evtanaziya haqqında qanunu təsdiqləyib

Tarix: 18 Dekabr 2020 14:00

İspaniya konqresinin (parlamentinin aşağı palatası) deputatları evtanaziya haqqında qanun layihəsini təsdiqləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, səsvermə nəticəsində 350 deputatdan 198-i qanun layihəsini dəstəkləyib. Bundan sonra layihə Senatda (parlamentinin yuxarı palatası) müzakirə olunacaq. Proqnozlara görə, qanun gələn ilin birinci yarısında qüvvəyə minə bilər.

İspaniya Sosialist Partiyası tərəfindən təqdim olunmuş qanun layihəsi sağalmaz xəstəliyə tutulan insanların evtanaziya hüququnu tənzimləmək məqsədilə hazırlanıb. Layihəyə əsasən, evtanaziya barədə yetkinlik yaşına çatmış İspaniya təbəələri, yaxud ölkədə yaşamaq hüququna malik şəxslər müraciət edə bilərlər. Bu qərarı yalnız xəstənin özü qəbul etməli, həm də arzusunu azı dörd dəfə təsdiqləməlidir.

Müraciət həkimlər, həmçinin xüsusi komissiya tərəfindən qanuna uyğun olaraq qiymətləndiriləcək. Bütün tələblərə lazımı surətdə əməl edildiyi təqdirdə xəstə müvafiq dərmanı özü qəbul edəcək, yaxud evtanaziya həkimin yardımı ilə həyata keçiriləcək.


Etiketlər:  Ölmək hüququ İspaniya konqresi evtanaziya haqqında qanunu təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ