Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi ''YAŞAT'' Fonduna vəsait köçürdü

Səhiyyə Nazirliyi ''YAŞAT'' Fonduna vəsait köçürdü

Tarix: 18 Dekabr 2020 14:38

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fonduna vəsait köçürüb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, "YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb. Nazirliyin kollektivi vəsaiti Fonda təqdim edib.


Etiketlər:  Səhiyyə Nazirliyi YAŞAT Fonduna vəsait köçürdü


RƏYLƏR