Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan hökuməti COVID-19-la mübarizə üçün ''Remdesivir'' preparatı alıb

Gürcüstan hökuməti COVID-19-la mübarizə üçün ''Remdesivir'' preparatı alıb

Tarix: 18 Dekabr 2020 16:50

Gürcüstan koronavirus xəstələrinin müalicəsi üçün lazım olan "Remdesivir" preparatını alıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.

Onun sözlərinə görə, preparatın ilk partiyası artıq ölkəyə gətirilib. Bu dərmanla, ilk növbədə, ağır xəstələrin müalicəsinə başlanılacaq.

Nazir, həmçinin bildirib ki, Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb.

Qrupun əsas vəzifəsi peyvəndin vaxtında əldə olunması, ölkə miqyasında həm infrastruktur, həm də logistik baxımından bütün hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək olacaq.

Y.Tikaradze deyib ki, COVID-19-a qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq. Hökumət artıq peyvəndin alınması üçün 18 milyard lari vəsait ayırıb.


Etiketlər:  Gürcüstan hökuməti COVID mübarizə üçün Remdesivir preparatı alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ