Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran nüvə stansiyası ərazisində yeraltı obyekt tikir - FOTO

İran nüvə stansiyası ərazisində yeraltı obyekt tikir -  FOTO

Tarix: 18 Dekabr 2020 18:16

İran "Fordo" uran zənginləşdirmə zavodunun yaxınlığında yeraltı obyektin tikintisinə başlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə "Associated Press" "Maxar Texnologies"in peyk görüntülərinə istinadla məlumat yayır.

Bildirilir ki, tikinti işləri sentyabr ayının sonunda başlayıb. İnşaat işləri "Fordo" zavodunun şimal-qərbində aparılır ki, ora da öz növbəsində mümkün hava hücumlarından qorumaq üçün qayaların altındadır. Müəssisə zenit silahları ilə də qorunur. Kompleks Qum şəhəri yaxınlığında, Tehranın 90 km cənub-qərbində yerləşir. Tikilməkdə olan obyektin yanında vakum texnologiyası mərkəzi də daxil olmaqla, bir sıra tədqiqat və inkişaf mərkəzlərinin olduğu qeyd olunur.

Fotoşəkillərdə obyekt üçün qazılmış bünövrənin və seysmik zonalarda tikintidə istifadə edilən onlarla dayağın olduğu görünür. İran Fordo rayonu ərazisində yeni inşaat aparıldığını açıqlamayıb. İranın BMT-dəki daimi nümayəndəliyi və MAQATE yeni obyektin inşası ilə bağlı heç bir açıqlama verməyib.

Milli.Az


Etiketlər:  İran nüvə stansiyası ərazisində yeraltı obyekt tikir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ