Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “GameTech – Gələcəyin əyləncəsi: oyun” tədbiri keçirilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “GameTech – Gələcəyin əyləncəsi: oyun” tədbiri keçirilib

Tarix: 18 Dekabr 2020 20:09

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “SUP.VC” və “GameTech” platformasının birgə təşkilatçılığı ilə “GameTech – Gələcəyin əyləncəsi: oyun” tədbiri keçirilib.
 
Yaradıcı sənaye sahələrinin başında gələn oyun industriyası sürətlə böyüməyə davam edir. Hazırda dünyada oyun istifadəçiləri ilə yanaşı, bu sahədə fəaliyyət göstərən şirkətlərin də sayı artmaqdadır.
 
Tədbirin məqsədi oyun sektorundakı son tendensiyalar, yerli və xarici nümayəndələrin iştirakı ilə bu barədə müzakirələrin aparılmasıdır.
 
Tədbir çərçivəsində 2 sessiya baş tutub.
 
İlk sessiya “LOF Studios”un təsisçisi Zaur Orucovun moderatorluğu, “Game factory” şirkətinin təsisçisi Murat Kahraman və həmtəsisçisi Efe Kucuk, TOGED-in vitse-prezidenti Özgür Karayalçının iştirakı ilə təşkil edilib.
 
İkinci sessiya isə “Vriendly” layihəsinin təsisçisi Kamran Qurbanlının moderatorluğu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov, “Bad Button Studio & Game İnvestor” şirkətinin həmtəsisçisi Fariz Bədəlzadə, “AzDimension” şirkətinin təsisçisi və icraçı direktoru Fərid Haqverdiyevin iştirakı ilə baş tutub.
 




Etiketlər:  InnoWeek İnnovasiya həftəsi çərçivəsində GameTech Gələcəyin əyləncəsi oyun tədbiri keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ