Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 20:32
"Barselona" futbolçusu Filipe Koutinyo ilə yollarını ayırmaq niyyətindədir.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Ronald Kuman 28 yaşlı yarımmüdafiəçini komandasında saxlamağı istəmir.
Niderlandlı mütəxəssis gənc oyunçusu Pedrinin fəaliyyətidən razıdır və 18 yaşlı yarımmüdafiəçinin Koutinyonu əvəz edə biləcəyini düşünür.
Qeyd edək ki, Koutinyo bu mövsüm "Barselona" ilə 9 matça çıxaraq, 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.