Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 07:40
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsinin müddətinin uzadılması barədə qətnaməni imzalayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, federal hökumətin maliyyələşdirilməsi iki gün müddətinə - dekabrın 20-dək uzadılıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Konqresinin hər iki palatası federal hökumətin maliyyələşdirilməsinin müddətinin uzadılması barədə qanun layihəsini qəbul etmişdi.