Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibb bacısı vaksinasiyadan sonra canlı yayımda huşunu itirdi

Tibb bacısı vaksinasiyadan sonra canlı yayımda huşunu itirdi

Tarix: 19 Dekabr 2020 08:18

Tibb bacısı vaksinasiyadan sonra huşunu itirib.

Hadisə ABŞ-ın Tennesi ştatında Memorial Xəstəxanada keçirilən mətbuat konfransında canlı yayım zamanı baş verib. Məlumata görə, peyvənddən təxminən 17 dəqiqə sonra qızın başı gicəllənib, sonra isə huşunu itirib.

Bu barədə RT xəbər yayıb.

Xəstəxana həkimləri bayılmağın peyvəndlə əlaqəli olmadığını bildirdilər. Mütəxəssislərin fikrincə, baş gicəllənməsi və huşunu itirmə tibbi prosedurlardan sonra baş verir.

Qız özü bunun onun üçün nadir hal olmadığını və ağrı olan zaman huşunu itirə biləcəyini deyib.

Qeyd edək ki, bu "Pfizer" peyvəndindən sonra ilk belə hadisə deyib.

Bundan əvvəl tibb işçilərinin birində şiddətli allergiya yaranmışdı, başqa biri isə peyvənddən bir neçə dəqiqə sonra özünü pis hiss eləmişdi.


Etiketlər:  Tibb bacısı vaksinasiyadan sonra canlı yayımda huşunu itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ