Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 10:06
Meksika rəhbərliyi Xalisko ştatının keçmiş qubernatoru Aristoteles Sandovalın qətlini araşdıracaq və cinayətkarları cəzalandıracaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu cümə günü keçirdiyi mətbuat konfransında ölkə başçısı Andres Manuel Lopes Obrador bildirib.
"Sandovalın öldürülməsindən çox kədərlənirəm, yaxınlarına və dostlarına başsağlığı verirəm. Səbəbini müəyyənləşdirmək və bunda əli olanları cəzalandırmaq üçün bu işi araşdıracağıq", - prezident belə deyib.
Siyasətçi cümə günü səhər saatlarında Sakit okeanın Xalisko sahillərindəki Puerto-Valyarta kurort şəhərində "Distrito 5" restoranında öldürülüb.