Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada dekabrın 24-dən sonra bütün ölkə ərazisi “qırmızı zona“ elan edilə bilər

İtaliyada dekabrın 24-dən sonra bütün ölkə ərazisi  “qırmızı zona“ elan edilə bilər

Tarix: 19 Dekabr 2020 10:14

İtaliya hökuməti Milad bayramı günlərində koronavirus pandemiyası ilə əlaqədar əlavə məhdudiyyətlərin tətbiqinə hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 24-dən yanvarın 6-dək İtaliyada bütün ölkə ərazisi həftə sonları və bayram günlərində "qırmızı zona" elan ediləcək. Həmin günlərdə ticarət və ictimai-iaşə obyektləri bağlı olacaq, ölkə ərazisində səfər imkanları məhdudlaşdırılacaq. İtaliya mətbuatının yaydığı məlumata görə, hökumətin müvafiq sərəncamı bu həftənin sonunadək qəbul edilməlidir.

Yanvarın 6-dək iş günlərində İtaliyada bütün ölkə ərazisi "narıncı zona" olacaq, yəni insanlara evlərindən çıxmağa icazə verilsə də, digər yaşayış məntəqələri və regionlara səfər qadağan ediləcək. İstisna hallar yalnız peşə fəaliyyəti ilə əlaqədar mümkün olacaq.

İtaliya hökuməti hələ dekabrın əvvəlində qəbul etdiyi qərarda 21 dekabr - 6 yanvar aralığında ölkədaxili səfərlərin məhdudlaşdırılacağını elan etmişdi. Buna görə də hesab edilir ki, bu həftəsonu üç milyon italyan həmin qərar qüvvəyə minməzdən öncə bayramı birlikdə qeyd etmək üçün digər regionlarda yaşayan qohumlarının yanına səfər edəcəklər.

Milli.Az


Etiketlər:  İtaliyada dekabrın 24 dən sonra bütün ölkə ərazisi qırmızı zona elan edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ