Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''YAŞAT'' ilə bağlı bloggerlərlə görüş (FOTO)

''YAŞAT'' ilə bağlı bloggerlərlə görüş (FOTO)

Tarix: 19 Dekabr 2020 17:57

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tanınmış blogger, aparıcı, mədəniyyət və incəsənət nümayəndələri ilə videokonfrans formatında görüşüb.

Agentlikdən Trend-ə bildirilib ki, öncə Ülvi Mehdiyev iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edib. Sonra "YAŞAT" Fondunun yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək hədəflər barədə məlumat verilib.

Görüş çərçivəsində iştirakçıların “YAŞAT” Fondu, eləcə də elektron hökumət quruculuğu sahəsində çoxsaylı sualları cavablandırılıb, təklifləri qeydə alınıb.

2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində reallaşan görüşdə Elektron Hökumətinin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov isə Azərbaycanda elektron hökumət quruculuğu, ekosistem, Mərkəz tərəfindən reallaşdırılan layihələr barədə məlumat verib.


Etiketlər:  YAŞAT ilə bağlı bloggerlərlə görüş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ