Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 11:16
Dünən "Yerablur" hərbi panteonuna toplanan minlərlə vətəndaş Baş nazir Nikol Paşinyanı "Nikol get!", "Nikol vətən xainidir!" şüarları ilə qarşılayıblar.
Baş naziri müşayiət edən çox sayda mühafizəçiyə baxmayaraq, vətəndaşlar Nikol Paşinyana müxtəlif əşyalar atıblar. Mühafizəçilər çətirlərin və diplomatın arxasında gizlənməyə məcbur olublar.
Xatırladaq ki, dünən müharibədə iştirak edənlər, ölən hərbçilərin yaxınları, Nikol Paşinyanın rəhbərlik etdiyi kortejin panteonun ərazisinə girməsinin qarşısını almaq üçün "Yerablur" hərbi panteonuna toplaşdılar.
Aslan Məmmədov