Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Arsenal”dan ayrılmağı düşünmürəm” - Arteta

“Arsenal”dan ayrılmağı düşünmürəm” - Arteta

Tarix: 20 Dekabr 2020 14:24

"Arsenal"ın baş məşqçisi Mikel Arteta istefa verəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis London təmsilçisindən ayrılmaq fikrində olmadığını deyib:

"Diqqətim yalnız komandanı bu vəziyyətdən çıxarmağa, ruh yüksəkliyi yaratmağa və futbolçuların hər dəfə meydana daxil olanda göstərdiyi mübarizəyə yönəlib. Bunu inkar etməyi bir yolu yoxdur. Aydındır ki, "Arsenal"ın nəticələri kifayət qədər yaxşı deyil və bu, klubun standartları baxımından qəbuledilməzdir. Belə bir vəziyyət bizim üçün yaranan çətinlikdir. Amma komandadan ayrılmağı düşünmürəm".

Qeyd edək ki, "Arsenal" 14 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 14 xalla 15-ci pillədə qəraraşıb.

Milli.Az


Etiketlər:  Arsenaldan ayrılmağı düşünmürəm Arteta


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ