Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST rəsmisi: Koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında uzun müddət hiss olunacaq

ÜST rəsmisi: Koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında uzun müddət hiss olunacaq

Tarix: 20 Dekabr 2020 20:20

Mütəxəssislərin fikrincə, koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında hələ uzun müddət hiss olunacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri doktor Hans Klyuqe bəyan edib.

O xatırladıb ki, Beynəlxalq Əmək Təşkilatları tərəfindən aparılan sorğulara görə, 19-29 yaşında olan hər ikinci gənc həyəcan və ya depressiya yaşayır. ÜST-nin təmsilçisi vurğulayıb ki, bu tendensiya digər yaş qruplarına da aiddir. Adətən belə xəstəliklər tez-tez və daha kəskin formada qış aylarında baş verir ki, bu da pandemiya fonunda əhalinin sağlamlığı üçün çox ciddi təhlükə yarada bilər.

H.Klyuqenin fikrincə, Yeni il öncə ən yaxşı hədiyyə - insanların həm öz, həm də başqalarının psixi sağlamlıqlarının qayğısına qalmaq ola bilər.

O, sosial resursları əhalinin ən həssas qruplarının dəstəyinə səfərbər etməyi təklif edib. Bundan başqa, ÜST-nin Avropa bürosunun rəhbəri region hökumətlərini insanların psixi sağlamlığının qorunması proqramlarına vəsait qoymağa çağırıb: "Vaksinlərin artıq əlçatan olması uğurlu gələcəyə ümidimizi artırır. Amma hələ bir neçə ay da dözməliyik".


Etiketlər:  ÜST rəsmisi Koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında uzun müddət hiss olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ