Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 21:12
Enerji və reabilitasiya terapevti Dmitri Sandul koronavirusdan sağaldıqdan sonra gücün bərpası və vücuda dəstək üsullarını izah edib.
Sonxeber.net xəbər verir ki, mütəxəssis infeksiyanın ilk növbədə ağciyərlərə təsir etdiyini, bu səbəbdən nəfəs texnikalarının sağaldıqdan sonra çox faydalı olduğunu izah edib. Bu texnikalar gərginliyi aradan qaldırmağa və stresslə mübarizə aparmağa da kömək edə bilər.
"Ağciyərlərimiz duyğulardan cavabdehdir. Sağlam olmaq və viral xəstəliklərin, xüsusilə koronavirusun hücumuna məruz qalmaq istəmirsinizsə, ağciyərlərin gücünü bərpa edin", - Sandul "Sputnik" radiosuna verdiyi müsahibədə deyib.
Enerji terapevti reabilitasiya dövründə oriental məşqlərin - yoqa və qigongun faydalı olduğunu qeyd edib. Bundan əlavə, üzün bioloji cəhətdən aktiv nöqtələrinin masaj edilməsi qoxu hissinin bərpasına kömək edəcək.
"Burun ətrafındakı sinuslarda yerləşən nöqtələr, şəfəq nöqtəsi, yanaq sümüklərindəki nöqtələr, dodaq altındakı nöqtə, yuxarı dodağın üstü sinusları genişləndirməyə və qoxu duyğumuzu qaytarmağa kömək edir", - ekspert əlavə edib.
Bundan başqa, buxar vannası və üzgüçülük sağlamlığa kömək edəcək. Enerji terapevti bütün bu metodlardan ağıllı şəkildə istifadə etməyi və həkimlərlə məsləhətləşməyi tövsiyə edib. (publika.az)