Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 22:40
"Mançester Yunayted" futbolçusu Markus Reşforda yeni müqavilə təklif edəcək.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı futbolçuyla müqaviləni 5 illik uzatmağı planlaşdırırlar. Yeni müqavilə ilə Reşfordun klubda həftəlik məvacibi 300 min funt-sterlinq olacaq. Klubun yaxın iki ay ərzində futbolçuyla danışığa başlayacağı bildirilir.
Qeyd edək ki, ingiltərəli futbolçunun "Mançester Yunayted" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.