Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2019 12:56
Yaponiya millisinin futbolçusu Xiroki Abe karyerasını "Barselona"da davam etdirəcək.
Qol.az xəbər verir ki, bu barədə xəbəri futbolçunun klubu "Kasima Antlers" rəsmi saytında yayıb.
20 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı Kaaloniya klubu ilə razılıq əldə edildiyi bildirib. Onunla uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Xiroki Abe ötən mövsüm Yaponiya klubunda 25 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.