Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 13:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur) vilayətində səfərdədir.
Sonxeber.net bildirir ki, o, Sünikdəki Tatev monastırına, Surb Qriqor Luçaverots (Müqəddəs Maarifçi Qriqor) kilsəsinə baş çəkib.
Kilsədə olarkən N.Paşinyan keşiş Parqev Zeynalyanla görüşmək istəyib, ibadət etməyə hazırlaşıb. Lakin keşiş Parqev baş naziri kilsədən qovub.
N.Paşinyan Sünikdə çox ciddi mühafizə altında hərəkət edir.
Süniklilər onun səfərini narazılıqla qarşılayıblar. Yerli ermənilər N.Paşinyanı "xəyanətkar" adlandırır, onu "torpaqları satmaqda" suçlayırlar.