Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' ordenli igidimizin Şuşaya qədər davam edən döyüş yolu - VİDEO - FOTO

''Qarabağ'' ordenli igidimizin Şuşaya qədər davam edən döyüş yolu - VİDEO - FOTO

Tarix: 21 Dekabr 2020 22:00

Vətən müharibəsində iştirak edən XTQ mənsubları işğalda olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində böyük şücaət göstəriblər. Yardımlıda doğulan XTQ-nin kapitanı Şamxal Ağayev də 44 günlük zəfər savaşımızda düşmənin çoxsaylı canlı qüvvəsini məhv edərək ölkə başçısı tərəfindən "Qarabağ" ordeni ilə təltif olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 10 ildən artıqdır Silahlı Qüvvələrimizdə zabit kimi fəaliyyət göstərən Şamxal Ağayev istər Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Sentyabrın 27-də başlanan müharibədə qəhrəman zabitimiz Qubadlı, Zəngilan, Xocavənd, Cəbrayıl və ən sonda Şuşa şəhərinin düşməndən azad edilməsində şücaətlə döyüşüb. Noyabrın 2-də Şuşa ətrafında gedən döyüşlərdə yaralansa da, öz istəyi ilə döyüş meydanını tərk etməyərək şəhərin tam işğaldan azad edildiyi günədək düşmənlə vuruşub. İgid zabitimiz noyabrın 15-dən məzuniyyətə buraxılıb və hərbi hospitalda müalicə alır. Cəsur döyüşçümüz öz təəssüratlarını bölüşərək deyib: "Müzəffər Ali Baş Komandanın döyüş vaxtı çıxışları bizi daha da ruhlandırırdı. Prezident çıxışlarının birində qeyd etdi ki, Şuşa Azərbaycanın döyünən ürəyidir. Şuşa azad olunmasa, işimiz yarımçıq qalar. General-leytenant Hikmət Mirzəyev olmaqla o vacib tapşırıq bizə həvalə olundu və şükür Allaha ki, biz o şərəfli işi ləyaqətlə yerinə yetirdik. Bu zəfəri Azərbaycan xalqına yaşatdığımız üçün fəxarət hiss keçirirəm. Mənfur düşmənə sarsıdıcı zərbələr endirərək mövqelərini ələ keçirib onları məhv etdik. Ali Baş Komandanın dediyi kimi düşməni torpaqlarımızdan iti qovan kimi qovduq. Xüsusi təyinatlı qüvvələrin bütün hərbi qulluqçuları ölkə başçısı tərəfindən orden və medallarla təltif edildi. Bundan mənim payıma da "Qarabağ ordeni " düşdü. Mən bunun üçün Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm".

Şamxalın özündən kiçik qardaşı da zabitdir. Kapitan Kamran Ağayev Hərbi Hava Qüvvələrinin tərkibində Vətən müharibəsində iştirak edib. O, qardaşının müharibədə göstərdiyi rəşadətlə fəxr edir: "Həzrəti Əlinin gözəl bir kəlamı var: Özünə edilən pisliyi bağışla, amma xalqına, vətəninə edilən pisliyi əsla bağışlama. Qardaşım Şamxal da Vətəninə, millətinə ediləni pisliyi bağışlamadı və bu gün biz zəfər əldə etdik" .

Bu gün Ağayevlər ailəsi ordumuzda cəsarətlə xidmət edən övladları ilə qürur duyur. Vətənimiz, millətimiz üçün cəsur igidlər yetişdirdiklərinə görə hədsiz sevinclidirlər. Cəsur döyüşçümüzün atası Elşad Ağayev bildirir ki, Vətənin keşiyində bizim ailədən də iki igidin ayıq-sayıq dayanması bizi qürurlandırır: "Hər ikisi ilə fəxr edirəm. Şamxalın xüsusi təyinatlı kimi Qarabağın azadlığı uğurundan göstərdiyi igidliklə fəxr edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayıram. Allah rəşadətli Ordumuzu, məğrur xalqımızı qorusun!".

Vətən müharibəsində heyəti ilə birgə döyüş tapşırıqlarını uğurla yerinə yetirən qəhrəman zabitimiz şəhid silahdaşlarının qisasını aldığı üçün ürəyi şaddır, uğrunda qan tökülən torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır.


Etiketlər:  Qarabağ ordenli igidimizin Şuşaya qədər davam edən döyüş yolu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ