Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikada dağlıq ərazidə dörd turist həlak olub

Meksikada dağlıq ərazidə dörd turist həlak olub

Tarix: 22 Dekabr 2020 00:52

Bakı. Trend:

21 turistdən ibarət qrupu Meksikanın Verakrus ştatının Kosto-de-Oro rayonunda dağ çayının axını apardı. Dörd nəfər həlak olub, üç nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Milena" qəzeti regionun xilasetmə xidmətinə istinadən bildirib.

Beş turist tibbi yardıma müraciət edib, həyatlarına heç bir təhlükə yoxdur. Qrupun bütün üzvləri Meksika vətəndaşı idi.

İlkin məlumatlara görə, faciəyə bölgədə yağan leysan yağışları nəticəsində çayda suyun səviyyəsinin kəskin artması səbəb olub. İtkin düşənlərin axtarışında bir neçə xilasetmə qrupu iştirak edir.


Etiketlər:  Meksikada dağlıq ərazidə dörd turist həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ