Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 12:40
Bizim hərbi xidmətə göndərəcək uşağımız yoxdur. Bizim uşaqlarımızın gedib, qayıtmasının məsuliyyətini kim daşıyacaq: hərbi komissar, yoxsa mer?
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bunu Azərbaycanın Qarabağ bölgəsində hərbi xidmət keçmək üçün evlərinə çağırış vərəqəsi göndərilən gənclərin valideynləri bildirib.
Ermənistanın Müdafiə Nazirliyi Qarabağda hərbi xidmət keçmək üçün ölkə vətəndaşlarına çağırış göndərir. Sakinlər bu çağırışı etirazla qarşılayır.
Məlumata görə, 3 gün əvvəl Ermənistanın Kotayk vilayətinin Çarensavan rayonunda çağırış paylayanlarla sakinlər arasında toqquşma da olub.