Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda Türkiyə şirkətlərinə hücum olub

Pakistanda Türkiyə şirkətlərinə hücum olub

Tarix: 22 Dekabr 2020 12:52

Pakistanın Lahos şəhərində fəaliyyət göstərən Türkiyə şirkətlərinə hücum edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin çevik qüvvələri "Albayraq və Özpak" şirkətlər qrupunun 6 obyektinə basqın edib.

Polislər rəhbərlik və işçi heyətə zor tətbiq edib, onları çölə çıxarıb və yanlarında şəxsi əşyalarını götürməyə icazə verməyib. Çevik qüvvələr daha sonra məkanda yerləşən təhlükəsizlik kameralarında olan bütün görüntüləri siliblər.

Pakistan rəsmi qurumları isə sözügedən hücumla bağlı hər hansı bir açıqlama verməyib.


Etiketlər:  Pakistanda Türkiyə şirkətlərinə hücum olub


RƏYLƏR