Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 15:46
Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın sanksiya qərarına dair bir sıra açıqlamalar verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Akar ABŞ-ın "S-400" sistemləri ilə bağlı sanksiya qərarının ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərdiyini bildirib.
"Rusiya hava hücumundan müdafiə sistemi üçün bizə müsbət cavab verdi. ABŞ sanksiyalarının heç bir zərər verməməsi üçün əlimizdən gələni edəcəyik. Başda NATO olmaqla birlikdə həyata keçirəcəyimiz fəaliyyətlərin mənfi təsir görəcəyini bildirmək istəyirik. ABŞ-ın bu yanlış qərarından bir an əvvəl geri dönməsi mütləqdir. Qərarın düzəldilməsini gözləyirik",- nazir vurğulayıb.
Hulusi Akar qeyd edib ki, Türkiyəyə gətirilən "S-400" sistemləri hazırda yoxlanma prosesindən keçir.