Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 16:00
Yaponiyanın Toyota avtomobil konserni koronavirusun yeni mutasiyasına görə Böyük Britaniya və Fransadakı fabriklərin işini dayandırır.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Böyük Britaniyadakı mühərrik istehsalı zavodu bu gündən, yığma zavodu isə sabahdan işini dayandıracaq. Fransadakı təkrar emal zavodu da bu gündən fəaliyyət göstərməyəcək. İşçilər Milad tətilinə vaxtından əvvəl göndəriləcək.
Qərarın səbəbi şirkətdə detalların tədarükündə kəsilmə ehtimalıdır. Bu da Britaniyada aşkarlanan koronavirus mutasiyasına görə real ola bilər.