Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bütün cəbhə boyu bu işləri görmək istəyirik'' - Hadrutdakı ilk klinikanın həkimi

''Bütün cəbhə boyu bu işləri görmək istəyirik'' - Hadrutdakı ilk klinikanın həkimi

Tarix: 23 Dekabr 2020 04:04

Azərbaycanın işğaldan azad edilən ərazilərindən birində - Hadrutda stomatoloji kabinetin yaradılması ilə bağlı xəbər vermişdik. Bu gözəl təşəbbüsün müəlliflərindən biri olan Ceyhun Səfərov N saylı hərbi hissədə əsgərlərə xidmət etməkdən məmnun olduqlarını deyib.

Sonxeber.net xəbər verir ki, oxu.az-a açıqlama verən stomatoloq Ceyhun Səfərov bildirir ki, fəaliyyətə dekabrın 12-dən başlayıblar:

"Biz dörd nəfər həkim olaraq belə bir addım atmağı düşündük. Hər kəs əsgərlərimiz üçün əllərindən gələni edir. Düşündük ki, belə bir xidmətə də ön cəbhədə onların ehtiyacı olmamış olmaz. Bu ayın 12-dən könüllü olaraq Hadrutda yerləşən N saylı hərbi hissədə stomatoloji xidmətlərə başladıq. İlk fəaliyyətimiz bölüyün tibb otağında oldu. Daha sonra tibb məntəqəsinə stomatoloji kabinet qurduq".

Həkim deyir ki, dekabrın 12-dən bu günə qədər təxminən 250-300 hərbi qulluqçuya xidmət gəstəriblər:

"Dəqiq saymamışıq, bəlkə də çox olar ki, az olmaz. Əsgər, zabit, gizir MAXE-lərin şikayətlərinə baxırıq. Dişlərini müalicə edir, düzəldirik. Bu bizim öz təşəbbüsümüzdür və davamlı olacağına inanırıq. Bizdən asılı olan və olmayan səbəblər var. Odur ki, mümkün olduqca işğaldan azad olunan digər ərazilərimizdə də bu xidməti yaradacağıq. İnşallah bütün cəbhə boyu bu işləri görmək istəyirik. Ümid edirəm ki, qısa zamanda Şuşada da əsgərlərimizə xidmət etmək nəsib olacaq".


Etiketlər:  Bütün cəbhə boyu işləri görmək istəyirik Hadrutdakı klinikanın həkimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ