Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 12:08
Bakı. Elçin Mehdiyev - Trend:
Koronavirus pandemiyası nəticəsində yaranan qlobal böhran vəziyyətində Azərbaycanda iqtisadi sabitlik qorunub saxlanılır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2020-ci ilin çətinliklərinə baxmayaraq, ölkədə makroiqtisadi sabitliyin maliyyə dayaqlarını gücləndirmək mümkün olub. O qeyd edib ki, pandemiya səbəbindən iqtisadiyatın azalmasına baxmayaraq, böhran dövründə Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan iqtisadiyyatı yüksək sabitıik nümayiş etdirib.
M.Cabbarov qeyd edib ki, hərbi vəziyyət, karantin rejiminin tətbiqi də iqtisadiyyata öz təsirini göstərib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqların Azərbaycan iqtisadiyyatına töhfə verməsi üçün tədbirlər həyata keçiriləcək.