Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barsa'' satır, ''Başakşəhər'' istəmir

''Barsa'' satır, ''Başakşəhər'' istəmir

Tarix: 25 Aprel 2019 16:04

"Barselona" bu mövsüm "Başakşəhər"ə icarəyə göndərdiyi futbolçusu Arda Turanı satmaq istəyir.

Qol.az-ın "Sport"a istinadən yaydığı xəbərə görə, Kataliya klubu həm heyətində futbolçu sayını azaltmaq, həm də türk yarımmüdafiəçi üçün "Atletiko"ya ödədiyi 41 milyon avronun qarşılığını almaq üçün bu fikrə düşüb.

"Barsa"ya yaxınlığı ilə bilinən qəzet yazıb ki, klub oyunçunu hazırda icarədə oynadığı "Başakşəhər"ə birdəfəlik satmağı planlaşdırır. Ancaq İstanbul təmsilçisi bu təklifə müsbət baxmır.

Ardanın satışından gəlir əldə etmək istəyən ispanlar oyunçunun Türkiyədə yaşadığı qalmaqallar səbəbindən bu planında çətinlik çəkəcəyi vurğulanıb.

 

 


Etiketlər:  Barsa satır Başakşəhər istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ