Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 13:44
Bakı. Trend:
İsrail ilə Azərbaycan arasındakı tibbi əməkdaşlıq çərçivəsində İsrailin Azərbaycandakı səfirliyi tibbi avadanlıqların ilk hissəsini Azərbaycana təqdim etdi.
Trend-in məlumatına görə, müvəqqəti işlər vəkili Doron Pe'er tibbi avadanlıqları TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayevə və TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin protokol üzrə baş mütəxəssisi Ramin Burcəliyevə təhvil verib.
Doron Pe'er deyib:
“İsrail səfirliyi Azərbaycan hökuməti ilə tibbi və humanitar əməkdaşlığı intensivləşdirir. Bu gün səfirlik TƏBİB vasitəsi ilə Azərbaycan xəstəxanalarını qabaqcıl tibbi avadanlıqlarla təmin etdi. Bu yardım oktyabr ayında Gəncədə və Bakıda göstərilən təcili tibbi və humanitar yardıma əlavə olaraq gəlib. Bir neçə həftə ərzində səfirlik tərəfindən daha çox tibbi avadanlıq təhvil veriləcək.
2020-ci il, davam edən qlobal pandemiya və minlərlə insanın yaralandığı və çox sayda insana təsir göstərdiyi silahlı qarşıdurma səbəbindən səhiyyə sistemi üçün çətin bir il oldu. İsrailin Azərbaycanla humanitar əməkdaşlığını gücləndirməsi təbii bir haldır, çünki dostlar belə çətin anlarda bunu edirlər.
2021-ci ilə hazırlaşarkən, ölkələrimiz arasında kənd təsərrüfatı, su idarəedilməsi və suvarma, infrastruktur, innovasiyalar, səhiyyə, ağıllı şəhər planlaşdırması və daha çox sahələrdə əməkdaşlığın artırılmasını gözləyirik.
İsrail səfirliyi qarşıdan gələn yeni ildə dost Azərbaycan xalqına can sağlığı, əmin-amanlıq və firavanlıq diləyir!”
3 (üç) ədəd Koaqulyator 400 HP TOUCH, LED və 6 (altı) ədəd EKQ 12 kanal ECG200S 80609274, Cardioline TƏBİB-ə təhvil verilib.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) sədri Vahid Bayramov