Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Növbəti aydan 36 şəhər və rayonda icbari tibbi sığorta tətbiq ediləcək

Növbəti aydan 36 şəhər və rayonda icbari tibbi sığorta tətbiq ediləcək

Tarix: 23 Dekabr 2020 16:00

Bakı. Ceyhun Ələkbərov - Trend:

Yanvarın 1-dən 36 şəhər və rayonda icbari tibbi sığorta tətbiq ediləcək.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər.

Qeyd edilib ki, yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılacaq. Beləliklə, ölkənin daha 36 şəhər və rayonu - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşulacaq.

Sonuncu üçüncü mərhələdə, 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Məlumat üçün bildirək ki, 1 yanvar 2020-ci il tarixindən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına uyğun olaraq 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.

İcbari tibbi sığortanın mərhələli tətbiqi barədə videoçarxa buradan baxa bilərsiniz.


Etiketlər:  Növbəti aydan 36 şəhər rayonda icbari tibbi sığorta tətbiq ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ