Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Puyol Messinin rekordundan danışdı

Puyol Messinin rekordundan danışdı

Tarix: 23 Dekabr 2020 19:00

"Barselona"nın sabiq futbolçusu Puyol komandanın hazırkı kapitanı Lionel Messinin dünya rekordu qırmasına münasibət bildirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 42 yaşlı keçmiş müdafiəçi argentinalı oyunçunu basketbolçu Maykıl Cordan ilə müqayisə edib:

"Məndən Maykl Cordanın kim olduğunu soruşsanız, tarixin ən yaxşı basketbolçusudur deyəcəyəm. Hesab edirəm ki, Messinin də futbolda eyni statusu var. Onun oyununu görmək hamımız üçün xoşbəxtlikdir.  Heç kim onun çatdığı rəqəmləri aşmayıb. Bunlar Messinin ən yaxşı olduğunu göstərir.

Qeyd edək ki, La Liqanın 15-ci turunda "Valyadolid"lə səfər matçında fərqlənməklə, Kataloniya klubundakı qol sayını 644-ə çatdırıb və bir klubda ən çox qol vuran futbolçu adına yiyələnib.


Etiketlər:  Puyol Messinin rekordundan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ