Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada tezliklə Pfizer-BioNTech peyvəndinin tətbiqinə başlanılacaq - FOTO

Fransada tezliklə Pfizer-BioNTech peyvəndinin tətbiqinə başlanılacaq - FOTO

Tarix: 23 Dekabr 2020 19:50

Fransada COVID-19 infeksiyasına qarşı ilk peyvəndləmə dekabrın 27-də bir neçə qocalar evində başlayacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Fransa səhiyyə naziri Olivye Veran məlumat verib.

Koronavirus əleyhinə Pfizer-BioNTech peyvəndi əvvəlcə Paris və Burqony-Franş-Komte (Bourgogne-Franche-Comte) regionunda bir neçə qocalar evində tətbiq ediləcək. COVID-19 əleyhinə peyvəndləmənin məcburi xarakter daşımadığı diqqətə çatdırılıb. Fransada koronavirusa qarşı peyvəndləmə kampaniyasının bir neçə mərhələdə aparılacağı bildirilib.

Avropa Dərman Agentliyi (AEM) artıq türk əsilli Uğur Şahin və Özlem Türeci tərəfindən hazırlanmış Pfizer-BioNTech peyvəndinin istifadəsinə icazə verib.

İngiltərədə virusun yeni mutasiyası nəticəsində yaranmış ştamma qarşı bu peyvəndin səmərəsiz olmasına dair dəlil yoxdur.


Etiketlər:  Fransada tezliklə Pfizer BioNTech peyvəndinin tətbiqinə başlanılacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ