Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş məşqçi istefası - “Qarabağ”ın qrupundan çıxan komandada

Baş məşqçi istefası - “Qarabağ”ın qrupundan çıxan komandada

Tarix: 24 Dekabr 2020 10:52

Bu mövsüm Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan İsrailin "Makkabi" klubunda baş məşqçi istefası reallaşıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə Təl-Əviv təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Donislə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Onunla yanaşı, köməkçiləri də yola salınıb. Bu ayrılıq yerli azarkeşlər tərəfindən sürprizlə qarşılanıb. Çünki "Makkabi" Avropa Liqasında qrupu ikinci pillədə tamamlayaraq 1/16 final mərhələsinə vəsiqə qazanıb. Görünür, ölkə çempionatındakı uğursuz çıxış Donisin gedişini şərtləndirib.

Qeyd edək ki, "Qarabağ"a Təl-Əvivdə 1:0 hesablı qalib gələn "Makkabi" İstanbuldakı səfər görüşündən 1:1 hesablı bərabərliklə ayrılıb.

Milli.Az


Etiketlər:  Baş məşqçi istefası Qarabağın qrupundan çıxan komandada


RƏYLƏR